"Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" yubiley medalı

"Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalıAzərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2013-cü il tarixli Sərəncamına əsasən təsis edilən medaldır.[1]

"Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" yubiley medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Təltif edir
Status təqdim olunur
Statistika
Təsis tarixi 19 aprel 2013
Ardıcıllıq
Yüksək mükafat "Azərbaycan Polisinin 90 illiyi" yubiley medalı
Aşağı mükafat "Azərbaycan Polisinin 100 illiyi" yubiley medalı

"Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalının Əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2013-cü il tarixli 611-IVQD nömrəli Qanunu ilə təsdiq edilib.

  • Maddə 1. "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanları əməkdaşları, veteranları, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasından fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
  • Maddə 2. "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı təltif edir.
  • Maddə 3. "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, "Azərbaycan Polisinin 90 illiyi (1918–2008)" yubiley medalından sonra taxılır.

"Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalının təsviri Azərbaycan Prezidenti İlham Əliyevin 18 aprel 2013-cü il tarixli 611-IVQD nömrəli Qanunu ilə təsdiq edilib.

  • Maddə 1. "Azərbaycan Polisinin 95 illiyi (1918–2008)" yubiley medalı ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.
  • Maddə 2. Medalın ön tərəfində iki dairə əks olunur. Birinci dairədə yuxarı qövs boyunca "AZƏRBAYCAN POLİSİNİN", aşağı qövs boyunca "95 İLLİYİ" sözləri həkk olunmuş, ikinci dairədə daxili işlər orqanlarının emblemi və onun ətrafında dairə boyunca dəfnə yarpaqlarından çələng, yuxarı hissədə çələngin birləşdiyi yerdə aypara və səkkizguşəli ulduz, emblem ilə çələng arasında dairə boyunca mərkəzdən başlayan şüalar təsvir edilmişdir.
  • Maddə 3. Medalın arxa tərəfi hamar səthlidir, "AZƏRBAYCAN POLİSİ", "95 İL", "1918–2013" sözləri həkk olunmuşdur. "95 İL" sözü aşağı hissədən sünbüllərlə əhatə olunmuşdur.
  • Maddə 4. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü, düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin ön tərəfi iki hissədən ibarətdir. Üst hissə xara lentdə Azərbaycanın Dövlət bayrağının rənglərinə uyğun bərabər ölçüdə mavi, qırmızı və yaşıl rəngli şaquli zolaqlara bölünmüş, qırmızı rəngli zolağın kənarlarında şaquli istiqamətdə 1 mm enində olan ağ rəngli zolaq təsvir edilmişdir. Lövhənin alt hissəsinə eni 6 mm olan, üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş milli ornamentli təbəqə bərkidilir.
  • Maddə 5. Medala eyni xara lentdən üz çəkilmiş, paltarın yaxasına bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur.
  1. "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında Azərbaycanın 10 noyabr 1992-ci il tarixli 370 nömrəli Qanunu". www.e-qanun.az (az.)). 10.11.1992. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.11.2020.